...

Azərbaycanda havanın temperaturu 25 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 30 Mart 2013 10:12 (UTC +04:00)
Sabahdan etibarən Azərbaycanda havanın temperaturu tədricən yüksəlməyə başlayacaq, aprelin 1-də isə respublikanın bəzi yerlərində temperatur 25 dərəcəyə kimi yüksələcək.
Azərbaycanda havanın temperaturu 25 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan etibarən Azərbaycanda havanın temperaturu tədricən yüksəlməyə başlayacaq, aprelin 1-də isə respublikanın bəzi yerlərində temperatur 25 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 31-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyinin sürəti 8-13 m/san olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.

Aprelin 1-də isə hava əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 4-6, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.

Mərkəzi Aran rayonlarında hava əsasən yağmursuz olacaq. Havanın temperaturunun gecə 4-9, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.

Yuxarı Qarabağda havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyə kimi isti olacaq.

Azərbaycanın cənub rayonlarında gecə 5-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti