...

Bakı-Quba yolundakı körpüdə yaranan problemlə bağlı təmir-bərpa işləri başa çatdırılıb

Cəmiyyət Materials 1 Aprel 2013 10:07 (UTC +04:00)
Bakı-Quba yolundakı Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrliyindəki yaranan problemi ilə bağlı təmir-bərpa işləri başa çatdırılıb. Bu barədə bazar ertəsi Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verilib.
Bakı-Quba yolundakı körpüdə yaranan problemlə bağlı təmir-bərpa işləri başa çatdırılıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Bakı-Quba yolundakı Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrliyindəki yaranan problemi ilə bağlı təmir-bərpa işləri başa çatdırılıb. Bu barədə bazar ertəsi Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verilib.

Onun sözlərinə görə, körpüdəki hərəkət zolaqlarının arasındakı boşluq hissəsində təkər qaytaranlar ləğv edilib və aradakı məsafə birləşdirilərək asfal törtüyü çəkilib.

Qeyd edək ki, ötən həftənin cümə axşamı körpüdə hərəkət zolaqlarının arasındakı boşluq hissəsində təkər qaytaranlar uçub, nəticədə asfalt örtüyündə çökmə əmələ gəlmişdi. Təkər qaytaranların uçmasına səbəb avtomobillərin yüksək sürətlə idarə edilməsi olub.

Körpünün uzunluğu 42 metr, eni isə 15,6 metrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti