...

Azərbaycanda yaz havası olacaq

Cəmiyyət Materials 1 Aprel 2013 13:05 (UTC +04:00)
Sabah Azərbaycanda hava əsasən, yağmursuz keçəcək, respublikanın bəzi yerlərində havanın temperaturu 24 dərəyədək yüksələcək.
Azərbaycanda yaz havası olacaq

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda hava əsasən, yağmursuz keçəcək, respublikanın bəzi yerlərində havanın temperaturu 24 dərəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, aprelin 2-dən 4-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında aprelin 2-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman,şərq rayonlarında çiskin olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19, bəzi yerlərdə 24 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti