...

Azərbaycanda turizm fəaliyyətinə görə lisenziya almaq istəyənlər sənədlərini yalnız elektron formada təqdim etməlidirlər

Cəmiyyət Materials 1 Aprel 2013 16:00 (UTC +04:00)
Azərbaycanda turizm şirkətləri, mehmanxana və mehmanxana tipli obyektlərin müvafiq lisenziya alması üçün sənəd qəbulu artıq yalnız elektron formada həyata keçirilir.
Azərbaycanda turizm fəaliyyətinə görə lisenziya almaq istəyənlər sənədlərini yalnız elektron formada təqdim etməlidirlər

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm şirkətləri, mehmanxana və mehmanxana tipli obyektlərin müvafiq lisenziya alması üçün sənəd qəbulu artıq yalnız elektron formada həyata keçirilir. Bu barədə bazar ertəsi Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ötən il oktyabrın 1-dən turizm, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün sənədlərin elektron formada qəbuluna başlanılıb. Ancaq bu müddətdə müraciət edən tərəf sənədlərini adi formada da təqdim edə bilib. Bu ilin martından isə sənədlərin qəbulu yalnız elektron formada həyata keçirilir. Sənəd qəbulunun elektron formada aparılmasında məqsəd müasir və çevik idarəetmənin təmin edilməsi, hüquqi və fiziki şəxslərə turizm və mehmanxana fəaliyyətinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi, lisenziyaların verilməsi prosesində şəffaflığın artırılması, lisenziya almış turizm şirkətlərinin, mehmanxana və mehmanxana tipli obyektlərin elektron məlumat bazasının yaradılmasıdır.

Nazirlikdən bildirilib ki, sənədlərdə çatışmazlıq olduqda bu barədə müraciət edənə elektron formada məlumat verilir. Ancaq bütün sənədlər tam hazır olduqdan və tələb olunan dövlət rüsumu ödənildikdən sonra lisenziya almaq istəyən şəxsin müraciətinə 15 gün ərzində cavab verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti