...

TQDK iş nömrəsini unutmuş abituriyentlərə müraciət edib

Cəmiyyət Materials 1 Aprel 2013 17:51 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanına yazılmaq üçün mobil rabitə operatorlarından ödəmə kartı əldə edib sonradan iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş abituriyentlərə müraciət edib.
TQDK iş nömrəsini unutmuş abituriyentlərə müraciət edib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanına yazılmaq üçün mobil rabitə operatorlarından ödəmə kartı əldə edib sonradan iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş abituriyentlərə müraciət edib.

Komissiyadan bazar ertəsi Trend-ə bildiriblər ki, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən "Elektron ərizə vermək üçün odəmə kartı" və ya "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı" əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonları vasitəsilə ala bilərlər.

"Elektron ərizə vermək üçün odəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır.

Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir. Xidmət haqqı 0,10 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti