...

Azərbaycanda isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 2 Aprel 2013 12:41 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, aprelin 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Gün ərzində hava əsasən yağmursuz olacaq, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Azərbaycanda isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, aprelin 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Gün ərzində hava əsasən yağmursuz olacaq, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Axşam və səhər saatlarında duman və çisgin olacağı gözlənilir.
Şərq küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə isə 24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti