...

Səhiyyə Nazirliyi apteklərdə reydlərə başlayıb

Cəmiyyət Materials 2 Aprel 2013 14:07 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi aptek təşkilatlarında reydlərə başlayıb.
Səhiyyə Nazirliyi apteklərdə reydlərə başlayıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi aptek təşkilatlarında reydlərə başlayıb.

Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, reydlər Səhiyyə Nazirliyinin 21.12.2009-cu il tarixli 172 nömrəli əmri ilə təsdiq edilmiş "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları"nın yerinə yetirilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

Aprelin 1-dən başlanan yoxlamalarda Səhiyyə Nazirliyinin təsdiq etdiyi vahid resept blankında buraxılacaq dərman vasitələrini reseptsiz qaydada satan aptek təşkilatı rəhbərləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti