...

İpoteka kreditlərinin verilməsi ilə bağlı məhkəmə təcrübəsi ümumiləşdirilib

Cəmiyyət Materials 3 Aprel 2013 10:55 (UTC +04:00)
Ali Məhkəmə “Bank-kredit işləri üzrə ipoteka haqqında qanun”un tətbiqi ilə bağlı məhkəmə təcrübəsini ümumiləşdirib.
İpoteka kreditlərinin verilməsi ilə bağlı məhkəmə təcrübəsi ümumiləşdirilib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Ali Məhkəmə bank-kredit işləri üzrə "İpoteka haqqında" qanunun tətbiqi ilə bağlı məhkəmə təcrübəsini ümumiləşdirib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, məhkəmə təcrübəsinin ümumiləşdirməsi 2011-ci ildə respublikanın birinci İnstansiya və Apellyasiya məhkəmələrində baxılmış işlər üzrə məhkəmə qərarlarını əhatə edib.

Ötən ildən başlanmış ümumiləşdirmə ərzində birinci İnstansiya məhkəmələrində baxılmış 1328 iş öyrənilib, həmin işlərlə bağlı birinci, apellyasiya və kassasiya instansiyalarındakı məhkəmə təcrübəsində qeydə alınan pozuntular müəyyən edilib.

Ümumiləşdirmənin nəticəsi olaraq Ali Məhkəmənin Plenumunun qərar layihəsi hazırlanıb. Qərar layihəsi öyrənilmək üzün respublikanın məhkəmələrinə göndərilib.

Ali Məhkəmədən bildirilib ki, ümumiləşdirmənin nəticələrinin və qərar layihəsinin Plenumun bu ilin birinci yarısında keçiriləcək iclasında müzakirəsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti