...

Azərbaycanda hava isti keçəcək

Cəmiyyət Materials 3 Aprel 2013 12:38 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Azərbaycanda hava isti keçəcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hava isti keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 14-19, bəzi yerlərdə 21 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, ayrı-ayrı cənub rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 25, dağlarda gecə 0-5, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti