...

“Təmiz Şəhər” ASC məlumat turlarını davam etdirir

Cəmiyyət Materials 3 Aprel 2013 14:11 (UTC +04:00)
"Təmiz Şəhər” ASC tərəfindən martın sonunda Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına məlumat turları təşkil edilib.
“Təmiz Şəhər” ASC məlumat turlarını davam etdirir

Azərbaycan, Bakı, 3 aprel /Trend/

"Təmiz Şəhər" ASC tərəfindən martın sonunda Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına məlumat turları təşkil edilib. Bu barədə Trend-ə çərşənbə günü ASC-dən Trend-ə daxil olan məlumatda bildirilir.

İkinci dəfə təşkil edilən məlumat turunda Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak edib.

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun inzibati binasında tələbələrə müəssisənin fəaliyyətini əks etdirən qısa film nümayiş olunub. "Təmiz Şəhər" ASC-nin nümayəndəsi tələbələrə zavodun iş prinsipi barədə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırıb. Film nümayişindən sonra isə qonaqlar Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun idarəetmə otağında quraşdırılmış monitorlar vasitəsi ilə zavodun iş prosesini onlayn izləyiblər. Məlumat turu çərçivəsində tələbələr zavodda tullantıların çeşidlənməsi prosesini izləyib və "Təmiz Şəhər" ASC-nin nümayəndəsi tərəfindən çeşidləmə işi haqqında ətraflı məlumat verilib.

Daha sonra tələbələr çeşidləmə üçün yararlı olmayan tullantıların zərərsizləşdirilməsi prosesini izləmək məqsədilə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar. Zavodun iclas otağında zavodun fəaliyyəti haqqında film nümayiş etdirildikdən sonra qonaqlar "Təmiz Şəhər" ASC və zavodun nümayəndələrinə onları maraqlandıran suallarla müraciət etmiş və müzakirələr aparılıb. Zavodun idarəetmə otağında monitorlar vasitəsi ilə tullantıların yandırılması prosesini izləyərkən iştirakçılara zavodun iş mexanizmi ətraflı şəkildə izah edilib.

Qeyd edək ki, tullantıların idarəolunması sahəsində əldə olunan nəaliyyətlər haqqında əhalinin məlumatlandırılması məqsədilə məlumat turlarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Turlarda iştirak etmək istəyənlər [email protected] ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti