...

Əlillərin ölkə daxilində və xaricdə müalicəsinə kömək göstərilir

Cəmiyyət Materials 3 Aprel 2013 16:02 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya"sı bu günlərdə növbəti iclasını keçirib.
Əlillərin ölkə daxilində və xaricdə müalicəsinə kömək göstərilir

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya"sı bu günlərdə növbəti iclasını keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda 33 nəfər vətəndaşın müraciətinə baxılıb. Həmin vətəndaşlardan 12 nəfərinin respublikadan kənarda müalicəsinə kömək məqsədilə yol xərclərinin ödənilməsi, 1 nəfərin respublika daxilində müalicəsi ilə bağlı məsələlərin həll edilməsi barədə qərar qəbul olunub. Eyni zamanda, qalan 20 nəfərin müraciətlərinə uyğun olaraq, ayrı-ayrı sosial-məişət problemlərinin həll edilməsi qərara alınıb.

Komissiyanın qərarının icra olunması ilə bağlı nazirlik yanında Dövlət Sosial Təminat Xidmətində müvafiq işlər aparılıb.

Qeyd edək ki, ötən il 53 nəfərin ölkə daxilində, 25 nəfərin xarici ölkələrdə müalicəsinə maddi kömək göstərilməsi, əlamətdar günlər və ildönümlərlə bağlı olaraq, ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar verilməsi, penitensiar müəssisələrdən azadlığa çıxmış 3422 nəfərə maddi və sosial yardımlar, 47 nəfər insan alveri qurbanına, 50 nəfər potensial insan alveri qurbanına tibbi, psixoloji, maddi və digər yardımlar göstərilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti