...

Litva azərbaycanlı turistlərin sayını artırmaq niyyətindədir

Cəmiyyət Materials 3 Aprel 2013 17:18 (UTC +04:00)
Litva Nerinqa, Palanqa, Druskininkay kimi kurort regionlarında yerləşən mədəni-tarixi, spa və tibbi turizm hesabına azərbaycanlı turistlərin sayını artırmaq niyyətindədir.
Litva azərbaycanlı turistlərin sayını artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir S.Ağayeva/

Litva Nerinqa, Palanqa, Druskininkay kimi kurort regionlarında yerləşən mədəni-tarixi, spa və tibbi turizm hesabına azərbaycanlı turistlərin sayını artırmaq niyyətindədir.

Litva azərbaycanlı turistlərin bu ölkəyə cəlb olunması üçün turizm operatorları ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Litvanın "Sunny Travel" turizm agenliyinin direktoru Kristina Smık-Boquşko bu ölkənin turizm imkanlarının təqdimatı zaman bildirib.

"Son illər ərzində Azərbaycandan Litvaya turist axını artmağa başlayıb, ancaq Litva tərəfi bu axını daha da artımaq, həmçinin Azərbaycanın turizm operatorlarını bu işə cəlb etmək istəyir", - o, qeyd edib.

Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas bildirib ki, Litvanın Azərbaycandakı səfirliyi bu işdə Azərbaycan və Litva şirkətlərinə kömək etməyə hazırdır. Səfirliyin konsulluq şöbəsi viza üçün lazım olan sənədlərin qaydasında olması halında Azərbaycan vətəndaşlarına qısa zamanda viza verməyə hazırdır.

Son iki il ərzində Azərbaycandan Litvaya səfər edən turistlərin sayı təqribən 2 dəfə artıb. Turizm şirkətlərinin nümayəndələrinin dediyinə görə, ötən il Litvaya 3,2 milyon turist səfər edib ki, bu rəqəm ölkə əhalisinin sayına bərabərdir. Litva sanatoriyalarına səfər edən turistlərin də sayı artıb.

Litva bu gün turizm sahəsini aktiv şəkildə genişləndirir. Turizmdən gələn gəlirlər ölkə ÜDM-nin 4,4 faizini (təxminən 8 milyard ABŞ dolları) təşkil edir.

Smık-Boquşko Litva turizminin 4 istiqamətini xüsusi vurğulayıb: müalicə və spa-turizm, mədəniyyət, aktiv və işgüzar.

"Litvada istirahətin keyfiyyəti və qiymət münasibdir", - o deyib.

Təqdimatda Litvanın aparıcı turizm şirkətləri öz turizm məhsulları haqqında məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti