...

Azərbaycanda yaxın günlərdə havanın temperaturu bir qədər də yüksələcək

Cəmiyyət Materials 3 Aprel 2013 17:53 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycanda havanın temperaturu nisbətən artacaq, aprelin 6-dək ölkənin bəzi yerlərində havanın temperaturu 26 dərəcəyə yüksələcək.
Azərbaycanda yaxın günlərdə havanın temperaturu bir qədər də yüksələcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İsabalayeva/

Yaxın günlərdə Azərbaycanda havanın temperaturu nisbətən artacaq, aprelin 6-dək ölkənin bəzi yerlərində havanın temperaturu 26 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, aprelin 4-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gündüz 14-19 dərəcə isti olacaq, bəzi yerlərdə temperatur 21 dərəcəyə yüksələcək. Aprelin 5-də havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 23 dərəcəyə yüksələcək.

Aprelin 6-da hava əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 24 dərəcəyədək yüksələcək.

Aprelin 4-dən 6-dək Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcə isti olacaq.

Yuxarı Qarabağda hava əsasən yağmursuz keçəcək, lakin aprelin 6-da bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 19 dərəcəyədək yüksələcək.

Mərkəzi Aran rayonlarında havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 25 dərəcəyədək yüksələcək.

Azərbaycanın cənub rayonlarında hava əsasən yağmursuz olacaq, lakin aprelin 6-da qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 7-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti