...

Əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə adlı təqaüd təqdim edilib (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2013 18:11 (UTC +04:00)
Bu gün qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.
Əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə adlı təqaüd təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

Trend-in məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında təşkil olunmuş tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.

O, həmkarlar ittifaqı təşkilatları tərəfındən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (60 nəfər) ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilib. Bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 1500 nəfərdən artıq tələbə bu təqaüddən yararlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti