...

Avropa-Azәrbaycan Gәnclәri Şurası tәsis edilib

Cəmiyyət Materials 3 Aprel 2013 19:35 (UTC +04:00)
Almaniyanın Frankfurt şәhәrindә yaşayan azәrbaycanlı gәnclәrin iştirakı ilә "Avropa Azərbaycan gənclərinin gələcəyi” mövzusunda toplantı keçirilib.
Avropa-Azәrbaycan Gәnclәri Şurası tәsis edilib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Almaniyanın Frankfurt şәhәrindә yaşayan azәrbaycanlı gәnclәrin iştirakı ilә "Avropa Azərbaycan gənclərinin gələcəyi" mövzusunda toplantı keçirilib.

Trend-in məlumatına görə, iclasda qərara alınıb ki, Avropada yaşayan azәrbaycanlı gәnclәrin fəaliyyәtini әlaqәlәndirmәk üçün tәşkilat qurulsun. Geniş müzakirələrdən sonra "Avropa-Azәrbaycan Gәnclәri Şurası" adlı tәşkilat tәsis edilib.

Şuranın məqsədi Azərbaycan musiqisini və mədəniyyətini Avropada nümayiş etdirmәk, Azərbaycan gənclərinin əməkdaşlığını təşviq etmək, avropalılarla azərbaycanlılar arasında əməkdaşlığı bütün sahәlәrdә inkişaf etdirmәk, Azәrbaycan hәqiqәtlәrini Avropaya çatdırmaq, Avropada yaşayan azərbaycanlı gənclərin Avropada öz layiqli yerlərini tuta bilməsi üçün Azərbaycan ənənələrini qorumaq şәrtilә Avropaya inteqrasiya olunmasında lazımi kömәklik etmәkdir.

Şura artıq aprelin 2-dən etibarәn 10 nәfәr gәnc üzvü ilə aktiv fəaliyyәtә başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti