...

Azərbaycanda dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 4 Aprel 2013 11:15 (UTC +04:00)
Sonuncu müsabiqə ilə bağlı müsahibə bölməsi başa çatmaq üzrədir, aprelin 20-dək müsahibələr yekunlaşacaq.
Azərbaycanda dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Gələn həftə dövlət qulluğuna yeni müsabiqələr və müsahibələr elan olunacaq.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov bildirib.

O qeyd edib ki, sonuncu müsabiqə ilə bağlı müsahibə bölməsi başa çatmaq üzrədir, aprelin 20-dək müsahibələr yekunlaşacaq.

Misirovun sözlərinə görə, komissiyanın perspektiv planlarında regionlarda dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi var.

"Regionlarda test imtahanlarının keçirilməsi üçün ilk növbədə orada müvafiq bina, texniki təminat olmalıdır. Bizim regional bölmələrimiz yoxdur. Gələcəkdə regional şöbələri olan müəyyən nazirliklərlə birgə onların binalarında keçirilə bilər", - o deyib.

Misirov qeyd edib ki, hazırda imtahanlar Bakıda keçirilir və 2,5 saat imtahan verən şəxs imtahandan dərhal sonra nəticələrini əldə edə bilir. Test intahanlarının və müsahibələrin nəticələri dərhal saytda yerləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti