...

Azərbaycanda magistraturaya daxil olmaq istəyən bəzi bakalavrlar üçün ixtisaslaşma və proqram seçimi genişləndirilib

Cəmiyyət Materials 4 Aprel 2013 11:46 (UTC +04:00)
2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına daxil olmaq istəyən, bəzi ixtisaslar üzrə məzun olmuş bakalavrlar üçün ixtisaslaşma və proqram seçimi genişləndirilib.
Azərbaycanda magistraturaya daxil olmaq istəyən bəzi bakalavrlar üçün ixtisaslaşma və proqram seçimi genişləndirilib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına daxil olmaq istəyən, bəzi ixtisaslar üzrə məzun olmuş bakalavrlar üçün ixtisaslaşma və proqram seçimi genişləndirilib.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, iqtisadiyyat və idarəetmə ixtisaslar qrupunu, elektrik mühəndisliyi, elektoenergetika mühəndisliyi, enerji maşınqayırması, maşın mühəndisliyi, mexanika mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi, təkrar emal və bəpra texnologiyaları ixtisaslarnı bitirən bakalavrlarn proqram daxilində ixtisaslaşma seçimi genişləndirilib. Bundan əlavə, proseslərin avtomatlaşdırılması mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi ixtisaslarını bitirən bakalavrların biologiya müəllimliyi, biologiya, tərcümə və tarix ixtisaslarını bitirən bakalavrların ixtisaslaşma və proqram seçimi də genişləndirilib.

Abbaszadə deyib ki, TQDK cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturlarına qəbul imtahanının birinci mərhələsini martın 3-də keçirib. Bakalavrların məntiq, informatika və xarici dil bilikləri test üsulu ilə yoxlanılıb. İmtahanda iştirak edən 21 623 bakalavr qeydiyyatdan keçib. Onlardan 526 nəfəri imtahana gəlməyib, 20 nəfər isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric edilib. İmtahanda 21 077 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə 97 bal olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti