...

TQDK sədri narazı dərslik müəlliflərinə cavab verdi

Cəmiyyət Materials 4 Aprel 2013 13:29 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurum tərəfindən aparılmış monitorinq nəticəsində istifadəsi məqbul sayılmayan dərsliklərin müəlliflərinin onların Ekspert Komissiyasının verdiyi rəylərlə razılaşmamasına münasibət bildirib.
TQDK sədri narazı dərslik müəlliflərinə cavab verdi

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurum tərəfindən aparılmış monitorinq nəticəsində istifadəsi məqbul sayılmayan dərsliklərin müəlliflərinin onların Ekspert Komissiyasının verdiyi rəylərlə razılaşmamasına münasibət bildirib. Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, monitorinqin nəticələri ilə bağlı dərsliklərin müəlliflərinin obyektiv və ya subyektiv fikirləri ola bilər.

"Ancaq riyaziyyat ümumbəşəri elmdir. 1-ci və 4-cü siniflər üçün "Riyaziyyat"ın qanunları hər yerdə eynidir. Dərsliyin müəllifi monitorinqin nəticələri ilə razı deyilsə, bu, artıq onun öz problemidir. Ancaq dövlət dilimiz olan "Azərbaycan dili" ilə əlaqədar monitorinq prosesində iştirak edən alimlər, mütəxəssislər bu iradları nəzərdə tuturlarsa, bircə müəllif bununla razı deyilsə, hesab edirəm ki, onda TN məsələ ilə bağlı düzgün siyasət həyata keçirəcək. Təhsil Nazirliyi müəllifin hüquqlarını müdafiə etmir, təhsilimizin hüquqlarını müdafiə edir. Ona görə də hesab edirəm ki, onlar bizi düzgün müdafiə edəcəklər"-TQDK sədri qeyd edib.

Abbaszadənin sözlərinə görə, Azərbaycanda təhsil siyasətini həyata keçirən bir qurum var. Həmin qurum da Təhsil Nazirliyidir.

O, orta məktəblərdə istifadə edilən dərsliklərin monitorinqinin Prezidentin tapşırığı əsasında həyata keçirdiklərini açıqlayıb. Abbaszadə bildirib ki, monitorinq şəffaf şəkildə aparılır. Onun nəticələri ictimaiyyətə və ölkə rəhbərliyinə çatdırılır.

Komissiya sədrinin sözlərinə görə, indiyə kimi 1-ci, 3-cü və 4-cü sinif dərsliklərinin monitorinqi başa çatdırılıb. Bu həftə isə 2-ci sinif dərsliklərinin monitorinqi başa çatdırılacaq. Gələn həftə monitorinqin nəticələri TN-ə təqdim ediləcək. Abbaszadə TN-nin yalnız 1-ci və 3-cü sinif dərsliklərinin monitorinqinin nəticələri ilə bağlı TQDK-ya cavab verdiyini də söyləyib.

Qeyd edək ki, TQDK 1-ci, 3-cü və 4-cü siniflərdə 8 adda dərsliyi istifadə üçün məqbul saymayıb. I sinifdə "Ana dili" və "Riyaziyyat", III və IV siniflərin hər birində "Azərbaycan dili". "Riyaziyyat"və "Həyat bilgisi" dərslikləri istifadə üçün məqbul sayılmayıb və həmin dərsliklərin yenidən hazırlanması tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti