...

Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda qanun pozuntuları aşkarlanıb

Cəmiyyət Materials 4 Aprel 2013 15:26 (UTC +04:00)
Azərbaycan Hesablama Palatası Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda xeyli sayda qanun pozuntuları aşkarlayıb.
Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda qanun pozuntuları aşkarlanıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Hesablama Palatası Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda xeyli sayda qanun pozuntuları aşkarlayıb.

Trend-in məlumatına görə, Hesablama Palatasının 2012-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir ki, Təhsil Nazirliyinin tabeliyində olan sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərində normadan artıq inventar və müxtəlif əşyalar silinib, müxtəlif ağac və gül kolları əkilmədiyi halda büdcə vəsaiti xərc edilib, tətil dövründə məktəblərin yataqxanasında yaşayan uşaqların valideynlərinə yol pulu ödənilib və sair təyinatdan kənar vəsait xərclənib.

Bununla yanaşı, nazirliyin tabeliyindəki gimnaziyalar, liseylər, idman məktəbləri, təhsil mərkəzlərində artıq əməkhaqqının, ezamiyyət xərclərinin ödənilməsi, mal və materialların baha qiymətə alınması, dərsliklərin düzgün uçota alınmaması və digər qanun pozuntuları aşkar edilib.

Hesabatda qeyd olunur ki, bir çox tədris müəssisələrində xərc smetalarında çoxsaylı dürüstləşmələr aparılıb, bəzi xərc maddələri üzrə vəsaitlər istifadə olunmayıb və ya həmin xərc maddələri üzrə icra faizi aşağı olub, malların satın alınması zamanı bir sıra hallarda qanunvericiliyin tələblərinə tam əməl edilməyib.

Aşkar olunmuş ciddi nöqsanlarla bağlı 6 baş mühasib işdən azad olunub, 2 məktəb direktoruna, 8 baş mühasibə töhmət verilib, 13 direktora, 1 baş mühasibə, 2 təsərrüfat işləri üzrə direktor müavininə və 1 anbardara xəbərdarlıq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti