...

Abşeron rayonunda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 4 Aprel 2013 17:03 (UTC +04:00)
Aprelin 2-də Abşeron rayonunun Kürdəxanı qəsəbəsində yaşamış 19 fevral 2013-cü il təvəllüdlü Qədirov Qurbanhüseyn Zakir oğlunun sünnət edilərkən ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Abşeron rayonunda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Aprelin 2-də Abşeron rayonunun Kürdəxanı qəsəbəsində yaşamış 19 fevral 2013-cü il təvəllüdlü Qədirov Qurbanhüseyn Zakir oğlunun sünnət edilərkən ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, Q.Qədirovun son 10 gündə sidik ifraz edə bilməməsi, axırıncı 3 gündə isə səhhətinin daha da pisləşməsi səbəbindən valideynləri çıxış yolunu onun sünnət etdirilməsində görüblər. Bu məqsədlə yaşadığı evə "dəllək" dəvət edərək onu sünnət etdiriblər, sonradan uşağın vəziyyəti pisləşərək 14 saylı Təcili Tibbi Yardım Stansiyasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti