...

Azərbaycan sinoptiklərindən xoş müjdə

Cəmiyyət Materials 5 Aprel 2013 10:36 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 14-19 isti olacaq. Bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək.
Azərbaycan sinoptiklərindən xoş müjdə

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 14-19 isti olacaq. Bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək.

Azərbaycanın rayonlarında aprelin 6-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 26 dərəcəyədək yüksələcək. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.

Qeyd edək ki, son günlər Bakıda havanın orta sutkalıq temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti