...

Zakir Qaralov: Vətəndaşların müraciətləri arasında prokurorluq, polis və məhkəmə orqanlarına aid olan məsələlər də var

Cəmiyyət Materials 5 Aprel 2013 11:24 (UTC +04:00)
Trend-in Kəpəz TV-yə istinadən xəbər verir ki, baş prokuror Zakir Qaralov görüşdən əvvəl növbədənkənar qəbula gələn vətəndaşlarla söhbət edib, onların şikayət və təkliflərini dinləyib, məktublarını qəbul edib.
Zakir Qaralov: Vətəndaşların müraciətləri arasında prokurorluq, polis və məhkəmə orqanlarına aid olan məsələlər də var

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Bu gün baş prokuror Zakir Qaralov Ağstafa rayonunda vətəndaşların qəbulunu keçirib.

Trend-in Kəpəz TV-yə istinadən xəbər verir ki, baş prokuror Zakir Qaralov görüşdən əvvəl növbədənkənar qəbula gələn vətəndaşlarla söhbət edib, onların şikayət və təkliflərini dinləyib, məktublarını qəbul edib.

Jurnalistlərə açıqlamasında baş prokuror bildirib ki, bu gün qərb bölgəsindən Şəmkir, Tovuz, Qazax rayonları üzrə 130 nəfər vətəndaş qəbula yazılıb. Həmin vətəndaşların müraciətləri isə müxtəlif sahələri əhatə edir. Müraciətlər arasında prokurorluq, polis və məhkəmə orqanlarına aid olan məsələlər də var.

Zakir Qaralov qeyd edib ki, bu müraciətlər ilkin mərhələdə həll olunacaq, sonra isə vətəndaşların müraciətlərinə baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti