...

Heydər Əsədov: 2012-ci ildə aparılan yoxlamalar nəticəsində 44 nəfər işdən azad edilib, 36 rəhbər vəzifə sahibinə töhmət verilib (ƏLAVƏ OLUNUB 2)

Cəmiyyət Materials 5 Aprel 2013 12:40 (UTC +04:00)
Azərbaycan Milli Məclisində cümə günü Hesablama Palatasının illik hesabatı dinlənilib. Trend-in məlumatına görə, hesabatı Hesablama Palatasının sədri Heydər Əsədov təqdim edib.
Heydər Əsədov: 2012-ci ildə aparılan yoxlamalar nəticəsində 44 nəfər işdən azad edilib, 36 rəhbər vəzifə sahibinə töhmət verilib (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisində cümə günü Hesablama Palatasının illik hesabatı dinlənilib.Trend-in məlumatına görə, hesabatı Hesablama Palatasının sədri Heydər Əsədov təqdim edib.

Əsədov bildirib ki, nöqsanların böyük əksəriyyəti cinayət xarakterli olmayıb. O qeyd edib ki, 2011-ci ildə 46 audit yoxlaması keçirilmişdisə, 2012-ci ildə 68 audit yoxlaması keçirilib.

O, yoxlamaların nəticəsinə görə ciddi nöqsanların olmadığını deyib.

"Bizim beynəlxalq əməkdaşlığımız yüksək səviyyədə həyata keçirilir. Digər ölkələr var ki, büdcədən 10 milyonlarla dolar vəsait ayrılıb, lakin işlər başlanılmayıb, aparılmayıb", - Əsədov deyib.

Əsədov bildirib ki, əsas nöqsanlar təhsil və səhiyyə sistemində qeyd olunub, bunlar da tarif siyasətinin düzgün aparılmaması ilə əlaqədar olub. Apardığımız yoxlamalar nəticəsində 550 ştat, 220 qurum, 15 kafedra bağlanılıb.

Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən və həmin vəsaitləri yerinə yetirməyən büdcə təşkilatlarının hesabları bağlanacaq və buna bizim səlahiyyətimiz var.

Palata sədri əsas nöqsanlardan biri kimi qanunlarda olan boşluqları və peşəkar maliyyəçilərin olmamasını, işlər görülərkən xərclərin süni şişirdilməsni qeyd edib.

Vergilər Nazirliyi ilə aparılan birgə yoxlamalar nəticəsində 3 vergi ödəyicisi barədə cinayət işi açılaraq hüquq-mühafizə orqanlarına göndərilib, prokurorluqla birgə aparılan yoxlamalar nəticəsində isə 2 250 min vəsait dövlət büdcəsinə qaytarılıb.

Bundan əlavə, aparılan işlər nəticəsində bir çox dövlət qurumlarında qanun pozucuları barəsində inzibati cəza tədbirləri görülüb. Belə ki, 44 nəfər işdən azad edilib, bunlarında 13-ü rəhbər şəxslərdir, 40-dan artıq adama şiddətli töhmət verilib (18-i rəhbər vəzifəli şəxslərdir), 36 nəfər rəhbər vəzifə sahibinə töhmət verilib.

Qanunlarda olan boşluqların aradan qaldırılması məqsədi ilə 100-dən artıq təqdimat aidiyyatı qurumlara və parlamentə göndərilib.

Deputat Siyavuş Novruzov müzakirələr zamanı bildirib ki, dövlət büdcəsi artıqca ona nəzarət mexanizmləri də genişləndirilməlidir.

Deputat bildirib ki, büdcə vəsaitləri artdıqca Hesablama Palatasının auditorlarının sayı da artırılmalıdır.

"Biz şərait yaratmalıyıq ki, Hesablama Palatasının daha genişmiqyaslı işlərin görülməsi üçün resursları olsun", deyə Novruzov əlavə edib.

O həmçinin deyib ki, ictimaiyyətə aparılan yoxlamalar barədə məlumatların verilməsi təmin olunmalıdır.

Deputat Qənirə Paşayeva hesabatda icbari tibbi sığortanın tətbiq olunmamasından narahatçılığını ifadə edərək bildirib ki, hesabatda qeyd olunur ki, 4 ildir bu sahəyə dövlət büdcəsindən vəsait ayrılsa da xərclənmədiyindən yenidən büdcəyə qaytarılır.

Millət vəkili bildirib ki, icbari tibbi sığorta tətbiq edilməyənədək ölkədə səhiyyənin inkişafından danışmaq olmaz.

O qeyd edib ki, dünya praktikasında da belədir. Deputat icbari tibbi sığortanın tətbiqi ilə bağlı ciddi tədbirlərin görülməsini təklif edib.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, Hesablama Palatasının hesabatı yüksək səviyyədə hazırlansa da burada müəyyən məsələlərə daha konkret aydınlıq gətirilməlidir.

"Hesab edirəm ki, sənəddə məxariclərlə bağlı daha tutarlı faktlar ortaya qoyulmalıdır ki, biz də lazım gələndə həmən qurumları "yerində oturda" bilək", Rəcəbli əlavə edib.

Heydər Əsədov müzakirələr zamanı qaldırılan məsələlərə cavab verdi. Hesabat qəbul olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti