...

Azərbaycanda əhali üçün nəzərdə tutulan elektron imzaların qiymətini aşağı salıb

Cəmiyyət Materials 8 Aprel 2013 10:09 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) əhali üçün nəzərdə tutulan rəqəmsal imzaların qiymətini 16,6 faiz aşağı salıb.
Azərbaycanda əhali üçün nəzərdə tutulan elektron imzaların qiymətini aşağı salıb

Azərbaycan, Bakı, 8 aprel/ Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) əhali üçün nəzərdə tutulan rəqəmsal imzaların qiymətini 16,6 faiz aşağı salıb. Bu barədə Trend-ə bazar ertəsi MHM-dən daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, üçillik müddət üçün nəzərdə tutulan 25 manat həcmində yeni tarif yalnız elektron imzaların yalnız online sifarişi üçün nəzərdə tutulub.

Dövlət orqanları arasında elektron imzalara artan maraq nəzərə alınaraq martda onun qiyməti 135 manatdan 80 manatadək aşağı salınıb. Dövlət idarələrinin əməkdaşları üçün rəqəmsal imzanın istifadə müddəti üç il təşkil edir.

Elektron rəqəmsal imzanın qiyməti istifadəçi kateqoriyasından və istifadə müddətinə görə dəyişir.

Elektron-rəqəmsal imza ilə bağlı tariflər:

İmzanın istifadə dövrü

Əhali üçün elektron-rəqəmsal imzanın qiyməti

Dövlət strukturları üçün elektron-rəqəmsal imzanın qiyməti

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün elektron-rəqəmsal imzanın qiyməti

1 il

14 manat

80 manat

60 manat

2 il

22 manat

114 manat

3 il

30 manat ( online sifariş zamanı 25 manat)

168 manat

Qiymətlər ƏDV nəzərə alınmaqla qeyd edilib.

Rəqəmsal imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar. İmzanın alınması haqqında ətraflı məlumatı e-imza.az elektron ünvan vasitəsilə öyrənmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti