...

Bu ilin birinci rübündə DSMF tərəfindən əlavə olaraq 161 015 sığortaolunana fərdi hesab açılıb

Cəmiyyət Materials 8 Aprel 2013 11:50 (UTC +04:00)
Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 161 015 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. 2013-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 427 089 nəfərə yüksəlib. Bu barədə Trend-ə DSMF-nin İctimaiyyətləəlaqə sektorundan məlumat verilib.
Bu ilin birinci rübündə DSMF tərəfindən əlavə olaraq 161 015 sığortaolunana fərdi hesab açılıb

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 161 015 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. 2013-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 427 089 nəfərə yüksəlib. Bu barədə Trend-ə DSMF-nin İctimaiyyətləəlaqə sektorundan məlumat verilib.

Məlumata görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 57,9 faizi kişi, 42,1 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,6 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 22,9 faiz, 40-50 yaş aralığında olan sığortaolunanlar 22,8 faiz, 50-60 yaş aralığında olan sığortaolunanlar 20,8 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,9 faiz təşkil edir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti