...

Azərbaycanda havanın temperaturu enəcək

Cəmiyyət Materials 8 Aprel 2013 12:39 (UTC +04:00)
Aprelin 10-da Azərbaycanda havanın temperaturu bu günlə müqayisədə tədricən aşağı enəcək.
Azərbaycanda havanın temperaturu enəcək

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 10-da Azərbaycanda havanın temperaturu bu günlə müqayisədə tədricən aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bazar ertəsi Trend-ə bildirib ki, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə isə 26 dərəcəyə kimi isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, şimşək caxacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 23-28 dərəcə isti olacaq. Bəzi yerlərdə hərarət 30 dərəcəyə kimi yüksələcək. Dağlarda gecə 7-12 dərəcə, gündüz 16-21 dərəcə isti, bəzi yerlərdə 24 dərəcə isti gözlənilir.

Məmmədova deyib ki, aprelin 9-da Abşeron yarımadasında mülayim isti yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 10-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti