...

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qocalar evində xatirə gecəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2013 15:34 (UTC +04:00)
Ümumilli lider Heydər Əliyev 8 aprel 1998-ci ildə Qurban bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri pansionatına (Qocalar evində) səfər etmiş, burada tam dövlət təminatında yaşayan ahıllarla görüşmüş, onlarla səmimi həmsöhbət olmuşdu. Bununla əlaqədar, həmin görüşdən 15 il sonra - 2013-cü il aprelin 8-də Qocalar evində “İşıqlı Xatirələr” xatirə gecəsi təşkil edilib.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qocalar evində xatirə gecəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Ümumilli lider Heydər Əliyev 8 aprel 1998-ci ildə Qurban bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri pansionatına (Qocalar evində) səfər etmiş, burada tam dövlət təminatında yaşayan ahıllarla görüşmüş, onlarla səmimi həmsöhbət olmuşdu. Bununla əlaqədar, həmin görüşdən 15 il sonra - 2013-cü il aprelin 8-də Qocalar evində "İşıqlı Xatirələr" xatirə gecəsi təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə əvvəlcə qeyd olunan görüşün lent yazısından fraqmentlər təqdim olunub. Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov respublikamızda ahıllarla bağlı dövlət siyasətinin ümummilli liderimiz Heydər Əliyevin bu təbəqədən olan insanlara diqqət və qayğısından yoğrulduğunu vurğulayaraq, hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirib.

Qeyd olunub ki, hazırda ölkədə ahıllarla bağlı Dövlət Proqramı icra olunur ki, həmin proqramda bütün sahələrdə ahıl insanların təminatının yaxşılaşdırılması öz əksini tapır. Digər tərəfdən, tənha ahıllara evlərində sosial xidmət göstərilir, ahılların dövlət himayəsində yaşadığı Müharibə və Əmək Əlilləri Evində müasir tələblərə uyğun şərait yaradılır. Pansionat üçün ikinci korpus inşa olunur. Burada ahılların həm rahatlığı, mədəni istirahəti, həm də məşğul olmaq istədikdə məşğulluğu üçün lazımi şərait yaradılır. Eyni zamanda, pansionatın əsas korpusu da müasir tələblərə uyğun qurulur. Bunlar məhz Prezidentin ahıllara daha bir qayğısıdır və bu qayğı daim artacaq.

Tədbirdə ahıl insanlar ulu öndərlə görüşün xatirələrini bölüşüblər.

Qeyd edək ki, tədbir ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi tədbirlər planı çərçivəsində təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti