...

Dövlət Sərhəd Xidmətinin Akademiyasında görkəmli oftalmoloq Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib

Cəmiyyət Materials 8 Aprel 2013 16:17 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında dünya şöhrətli alim, görkəmli oftalmoloq Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin Akademiyasında görkəmli oftalmoloq Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında dünya şöhrətli alim, görkəmli oftalmoloq Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev tədbiri giriş sözü ilə açıb. Tədbirdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Aytən Sultanova, millət vəkili Məlahət İbrahimqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Zərifə Əliyevanın həyatı və fəaliyyəti barədə geniş məlumat veriblər. Çıxış edənlər bildiriblər ki, yüksək elmi titullarına, uzun illər cəmiyyətdə yüksək statusa malik olmasına baxmayaraq, Zərifə xanım öz sadəliyini daim qoruyub. Zərifə xanım elm üçün gözəl tətqiqatçı, ulu öndər Heydər Əliyev üçün ləyaqətli həyat yoldaşı, sadiq dost, silahdaş, övladları üçün qayğıkeş ana və nənə, bu çevrədən kənardakı şəxslər üçün isə əsl insanlıq mücəssəməsi olub.

Tədbirin sonunda rejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında filmləri silsiləsindən "Əsl məhəbbət haqqında" sənədli filmi nümayiş etdirilib. Bundan əlavə, tədbir çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinik briqadası DSX Akademiyasının zabit, gizir və kursant heyətinin tibbi müayinədən keçməsini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti