...

Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Cəmiyyət Materials 9 Aprel 2013 08:06 (UTC +04:00)
Aprelin 9-dan Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. Bu barədə Trend-ə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Aprelin 9-dan Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. Bu barədə Trend-ə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Sənəd qəbulu mayın 17-dək aparılacaq. Ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək keçiriləcək.

Məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni doldurmalı və tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­si­yalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komis­siya­larına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edəcəklər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edir və test imtahanlarında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahan­larına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi TQDK tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti