...

Türkiyənin meşə və su işləri naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 9 Aprel 2013 10:50 (UTC +04:00)
Türkiyənin meşə və su işləri nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Türkiyənin meşə və su işləri naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İsabalayeva/

Türkiyənin meşə və su işləri nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbaut xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, aprelin 10-13-də Türkiyəninn meşə və su işləri naziri Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Səfərin məqsədi Azərbaycan Respublikası və Türkiyə Respublikası Hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşü nəzərdə tutulur.

Səfər zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və birgə layihələrin həyata keçirilməsi, Xəzər və Qara dənizlərin ətraf mühitinin qorunması, həmçinin 25 oktyabr 2011-ci il tarixində Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi planlaşdırılır.

Səfər zamanı nümayəndə heyətinin 11-13 aprel 2013-cü il tarixlərində "Bakı Ekspo" mərkəzində təşkil olunacaq Xəzər Beynəlxalq Su Texnologiyaları ("CATEF-2013") sərgi və forumunda iştirakı da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti