...

QMİ-də Fatimeyi-Zəhranın şəhadətinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2013 16:18 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İslam peyğəmbəri Məhəmmədin (s) qızı xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətinin ildönümünə həsr olunmuş tədbir keçirilib.
QMİ-də Fatimeyi-Zəhranın şəhadətinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İslam peyğəmbəri Məhəmmədin (s) qızı xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə QMİ sədri Allahşükür Paşazadə, İranın ali dini liderinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Seyid Əli Əkbər Ojaq Necad, tanınmış ruhanilər, ziyalılar və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Allahşükür Paşazadə Fatimeyi-Zəhranın (s.ə.) İslam dinində ideal qadın olduğunu, həyatda xoşbəxlik axtaran xanımlara ən gözəl nümunə sayıldığını deyib.

O qeyd edib ki, xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətinin ildönümü artıq 14 ildir ki Azərbaycanda qeyd olunur. Paşazadə deyib ki, Sovet dönəmində bu cür tədbirlərin keçirilməsinə qadağalar var idi: "Lakin bu gün biz belə tədbirləri rahat şəkildə qeyd edirik. Müstəqillik əldə etdikdən sonra ölkədə çoxlu sayda məscidlər açılıb".

Şeyxülislam bildirib ki, bu gün bütün müsəlmanların borcu dostluq və qardaşlıq münasibətlərini gücləndirməkdir. O, din adamlarını və elm xadimlərini birliyə çağırıb.

Paşazadə vurğulayıb ki, din xadimi, alim odur ki, öz millətinə, dövlətinə xeyir versin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti