...

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vətəndaşları gəbul edəcək

Cəmiyyət Materials 9 Aprel 2013 17:14 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən aprel ayının 26-da Gəncə şəhərində Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Naftalan rayonları əhatə olunmaqla vətəndaşların bölgə qəbulu keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vətəndaşları gəbul edəcək

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən aprel ayının 26-da Gəncə şəhərində Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Naftalan rayonları əhatə olunmaqla vətəndaşların bölgə qəbulu keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, qəbulda dövlət əmlakının səmərəli istifadə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması istiqamətlərində vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaşların komitənin fəaliyyət sahələrinə dair müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər komitənin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi sədri tərəfindən növbəti aylarda da respublikanın digər bölgələrində vətəndaşların qəbulu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti