...

İsvecrənin iqtisadiyyat, təhsil və tədqiqat məsələləri üzrə naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 10 Aprel 2013 12:07 (UTC +04:00)
Aprelin 12-13-də İsvecrə Federal Şurasının və Konfederasiyanın iqtisadiyyat, təhsil və tədqiqat məsələləri üzrə Federal Departamentinin rəhbəri (nazir) Yohan Snayder Ammanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edəcək.
İsvecrənin iqtisadiyyat, təhsil və tədqiqat məsələləri üzrə naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 12-13-də İsvecrə Federal Şurasının və Konfederasiyanın iqtisadiyyat, təhsil və tədqiqat məsələləri üzrə Federal Departamentinin rəhbəri (nazir) Yohan Şnayder Ammanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Azərbaycanın Almaniyadakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanın iqtisadi inkişaf naziri Sahin Mustafayevin dəvəti ilə reallaşacaq səfər çərçivəsində İqtisadi İnkişaf, Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Sənaye və Energetika nazirliklərində görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər zamanı nazir Yohan Şnayder Ammanı iş adamlarından ibarət geniş tərkibli qrup muşayiət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti