...

Binəqədi rayonunun mərkəzində yeni yeraltı piyada keçidinin tikintisi planlaşdırılır

Cəmiyyət Materials 10 Aprel 2013 14:28 (UTC +04:00)
Binəqədi rayonunun mərkəzi hissəsində yeni yeraltı piyada keçidinin tikintisi planlaşdırılır. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, yeraltı piyada keçidin işçi cizgiləri hazırdır.
Binəqədi rayonunun mərkəzində yeni yeraltı piyada keçidinin tikintisi planlaşdırılır

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Binəqədi rayonunun mərkəzi hissəsində yeni yeraltı piyada keçidinin tikintisi planlaşdırılır. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, yeraltı piyada keçidin işçi cizgiləri hazırdır.

"Hazırda ərazidə olan kommunikasiya xəttlərinin yerini təyin etmək məqsədi ilə geoloji axtarış işləri həyata keçirilir. Yaxın günlərdə tikinti işlərinin başlanılması gözlənilir", məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti