...

Bakıda dayanacaqlardakı monitorlarda avtobusların çatma vaxtları göstəriləcək (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2013 14:53 (UTC +04:00)
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi dayanacaqlardakı monitorlarda yayımlanan məlumatın təsvirində dəyişiklik edib
Bakıda dayanacaqlardakı monitorlarda avtobusların çatma vaxtları göstəriləcək (FOTO)

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir M.Əliyev/

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi dayanacaqlardakı monitorlarda yayımlanan məlumatın təsvirində dəyişiklik edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Mərkəzdən bildiriblər.

Məlumatda bildirilir ki, avtobus terminallarında yayımlanan məlumatların daha dəqiq və izahlı şəkildə istifadəçilərə çatdırmaq məqsədi ilə avtobusların dayanacağa çatma vaxtı (avtobusun cari dayanacaqdan əvvəlki iki dayanacağa çatma vaxtı) əvəzinə onun iki dayanacaq əvvəlki yeri haqqında məlumat təqdim olunur. Avtobus uzaqda olduqda onun cari dayanacağa çatma vaxtı dəqiqələrlə göstərilir. Durduğunuz yerə gözlənilən avtobusun çatmasına iki dayanacaq qalanda isə dəqiqələr qrafik təsvirlə əvəz olunur. Təqdim olunan məlumatda qırmızı dairə ilə istifadəçinin durduğu dayanacaq, sarı kvadratlarla isə öncəki 2 dayanacaq təsvir olunur. Yaşıl dairəyə alınmış avtobus nişanı xətdə olan və dayanacağa yaxınlaşacaq avtobusu əks etdirir. Həmin avtobus nişanı real avtobusun hazırda yerləşdiyi nöqtəyə əsasən qrafikdə qeyd olunur və onun yeri avotbusun hərəkətinə uyğun olaraq dəyişir.

Bundan əlavə, terminalın "Avtobus" bölməsində göstərilən marşrutlar üzrə hərəkət edən avtobusların müvafiq olaraq cari vaxtda hansı dayanacaqlara yaxın olduqları da qeyd olunur. Həmçinin, monitorun yuxarı sağ tərəfində seçilmiş marşrutun iş saatları və marşrut xəttinin uzunluğu göstərilir.

Bu dəyişiklik bütün dayanacaqlarda tətbiq olunub və bununla bağlı təkmilləşdirmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti