...

Bakının mərkəzi küçəsində yol bağlandı

Cəmiyyət Materials 11 Aprel 2013 12:13 (UTC +04:00)
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə daxil olan məlumata görə, Səməd Vurğun küçəsinin Süleyman Rüstəm küçəsi ilə kəsişməsindən Məhəmməd Füzuli küçəsi ilə kəsişməsinə qədər olan hissəsi təmir işlərinin aparılması ilə əlaqədar hər iki istiqamətdə bağlanıb.
Bakının mərkəzi küçəsində yol bağlandı

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Bakının mərkəzi küçəsində yol bağlandı.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə daxil olan məlumata görə, Səməd Vurğun küçəsinin Süleyman Rüstəm küçəsi ilə kəsişməsindən Məhəmməd Füzuli küçəsi ilə kəsişməsinə qədər olan hissəsi təmir işlərinin aparılması ilə əlaqədar hər iki istiqamətdə bağlanıb.

Ümumilikdə, Səməd Vurğun küçəsinin Süleyman Rüstəm küçəsi ilə kəsişməsindən Mirzəağa Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsi bağlıdır. Bu səbəbdən Səməd Vurğun küçəsi ilə şəhər istiqamətində hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələrini xahiş edirik. Eyni zamanda, bu küçənin bağlı olması səbəbindən Məhəmməd Füzuli küçəsinin Bülbül pr. ilə kəsişməsindən Səməd Vurğun küçəsi istiqamətində hərəkət məhdudlaşdırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti