...

Almaniya parlamentinin üzvü Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2013 13:34 (UTC +04:00)
Almaniya Parlamentinin (Bundestaqın) üzvü, Azad Demokratlar Partiyasının parlament fraksiyasının rəhbəri doktor Martin Lindner Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti qarşısında "Avropanın Enerji Siyasəti və bu siyasətdə Azərbaycanın rolu" mövzusunda məruzə ilə çıxış edib.
Almaniya parlamentinin üzvü Bakı Ali Neft Məktəbində olub (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Almaniya Parlamentinin (Bundestaqın) üzvü, Azad Demokratlar Partiyasının parlament fraksiyasının rəhbəri doktor Martin Lindner Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti qarşısında "Avropanın Enerji Siyasəti və bu siyasətdə Azərbaycanın rolu" mövzusunda məruzə ilə çıxış edib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı salamlayaraq onu Bakı Ali Neft Məktəbində görməkdən məmnunluq hissi keçirdiyini ifadə etmiş və məktəbin professor-müəllim və tələbə heyəti adından qonağa öz təşəkkürlərini bildirmişdir. Azərbaycanda ölkə başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edən E.Qasımov qeyd edib ki, düzgün və zamanında həyata keçirilən siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edir və bu gün istər regionun, istərsə də Avropanın önəmli dövlətinə çevrilmişdir və bu amil dünyanın aparıcı dövlətlərinin Azərbaycana olan marağını artırır.

Tədbirdə məruzə ilə çıxış edən Almaniya Parlamentinin (Bundestaqın) üzvü, FDP-nin parlament fraksiyasının rəhbəri doktor Martin Lindner "Avropanın Enerji Siyasəti və bu siyasətdə Azərbaycanın rolu", ARDNŞ-nin də əsas iştirakçısı olduğu BTC, TANAP, TAP və Nabucco West kimi layihələrin əhəmiyyəti və Azərbaycanla Almaniya arasında inkişaf edən iqtisadi və digər sahələrdəki əməkdaşlıq haqqında ətraflı məlumat verib. Tədbirin sonunda qonaq Bakı Ali Neft Məktəbinin tələbələrinin çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti