...

Azərbaycanda içməli suyun tarifləri artırıla bilər (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 Aprel 2013 13:21 (UTC +04:00)
“Azərsu” ASC hökümətə əhaliyə satılan içməli suyun və kanalizasiya xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edə bilər.
Azərbaycanda içməli suyun tarifləri artırıla bilər  (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Abbasov/

"Azərsu" ASC hökümətə əhaliyə satılan içməli suyun və kanalizasiya xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edə bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-in rəhbəri Qorxmaz Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

"Demək olmaz ki, tariflər artırılacaq, ancaq biz təhlillər aparırıq. Çünki cəmiyyətimizin bugünki iqtisadi vəziyyəti bizi qane etmir. Bizim çox itkilərimiz var və biz gərək real xərcləri müəyyənləşdirək, həmçinin onları azaldaq. Lazım olsa, biz tariflərin artırılması ilə bağlı hökümətə müraciət edəcəyik. Əgər buna ehtiyac olmasa, itkiləri azaltmaq məqsədilə biz səylərmizi öz işimizin daha effektiv şəkildə təşkilinə yönəldəciyik", - Hüseynov bildirib.

ASC rəhbərinin sözlərinə görə, hazırda şirkətin mütəxəsisiləri içməli suyun və yağış sularının idarə olunması üzrə xərclərin təkrar qiymətləndirilməsini aparır.

2012-ci ilin yekunlarına görə, sudan istifadə haqqının yığım səviyyəsi 88,2 faiz olub.

2011-ci ilin yanvarın 1-dən Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan və Abşeron rayonunun sakinləri üçün ƏDV nəzərə alınmaqla suyun hər kub metrinə görə qiyməti 0.30 manat təşkil edir (əvvəlki tarif 0,18 manat).

Digər rayonlarda isə bu tarif 0, 25 manat təşkil edir.

Kanalizasiya sularının hər kub metri əhaliyə 0,06 manata başa gəlir (əvvəlki tarif 0.04 manat), digər istehlakçılar üçün isə bu rəqəm 0,30 manat təşkil edir.

Sayğacı olmayan abonentlər üçün isə aylıq norma 6 kub metrdən 5 kub metrə endirilib.

Tarif Şurası tərəfindən suyun qiymətinin artırılması "mövcud tariflərin suyun kub metrinin maya dəyərindən əhəmiyyətli dərəcədə aşağı olması" ilə izah olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti