...

Masazırın icra nümayəndəsi: Hazırda sürüşmə sahəsində yalnız bir ev təhlükəli vəziyyətdədir

Cəmiyyət Materials 12 Aprel 2013 11:44 (UTC +04:00)
Abşeron rayonunun Masazır qəsəbəsindəki sürüşmənin qarşısının alınması və ərazidəki yaşayış evlərinə ciddi zərərin dəyməməsi üçün hazırda ərazidə müvafiq işlər aparılır.
Masazırın icra nümayəndəsi: Hazırda sürüşmə sahəsində yalnız bir ev təhlükəli vəziyyətdədir

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Abşeron rayonunun Masazır qəsəbəsindəki sürüşmənin qarşısının alınması və ərazidəki yaşayış evlərinə ciddi zərərin dəyməməsi üçün hazırda ərazidə müvafiq işlər aparılır. Bunu cümə günü Trend-ə Masazır qəsəbəsinin icra nümayəndəsi Şahid Əhmədov deyib.

Onun sözlərinə görə, ərazidə yalnız bir ev təhlükəli vəziyyətdədir. həmin evin də yalnız kicik bir hissəsi dağılıb.

"Hazırda bu istiqamətdə işlər aparılır. Digər evlərlə bağlı isə heç bir problem yaranmayıb. Sürüşmə nəticəsində onlara heç bir zərər dəyməyib", - Əhmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti