...

Bakıda tələbələr üçün Dövlət Neft Şirkətinin xüsusi təqaüdün verilməsi üzrə müsabiqə keçirilir

Cəmiyyət Materials 14 Aprel 2013 09:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Dövlət Neft Şirkətinin ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsini keçirir.
Bakıda tələbələr üçün Dövlət Neft Şirkətinin xüsusi təqaüdün verilməsi üzrə müsabiqə keçirilir

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Dövlət Neft Şirkətinin ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsini keçirir. Komissiyadan Trend-ə verilən məlumata görə, bu gün Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirilir.

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir. Qeydiyyat ARDNŞ tərəfindən aparılıb. Imtahanda iştirak üçün 2128 nəfər qeydiyyatdan keçib.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti