...

“Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi tələbələr arasinda dövlət rəmzlərini təbliğ edir (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2013 14:18 (UTC +04:00)
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) "Azərbaycan Gəncliyi 2011- 2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq həyata keçirdiyi, Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən "Tələbələr arasinda dövlət rəmzlərinin təbliği" adlı layihəsi çərçivəsində Azərbaycan Turizm İnstitutunda (ATİ) "Dövlət rəmzlərimizi sevək və sevdirək" mövzusunda tədbir keçirilib.
“Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi tələbələr arasinda dövlət rəmzlərini təbliğ edir (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) "Azərbaycan Gəncliyi 2011- 2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq həyata keçirdiyi, Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən "Tələbələr arasinda dövlət rəmzlərinin təbliği" adlı layihəsi çərçivəsində Azərbaycan Turizm İnstitutunda (ATİ) "Dövlət rəmzlərimizi sevək və sevdirək" mövzusunda tədbir keçirilib.

Birlikdən cümə günü Trend-ə verilən məlumata görə, birlik "Dövlət rəmzlərimizi sevək və sevdirək" mövzusunda tədbir keçirib.

Tədbirdə ölkəmizin müstəqilliyini qazanmasından sonra dövlət rəmzlərimizin də bərpa olunduğu, bu sahədə Ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb.

Tədbirdə qeyd edilib ki, dövlət rəmzlərimiz hər bir azərbaycanlı üçün əziz və doğma olmalıdır, onları qorumaq və hörmətlə yanaşmaq hər kəsin borcudur.

Tədbirin sonunda tələbələr TUMİB tərəfindən diplomlarla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti