...

İstirahət günü Bakıda əsl gəzməli hava olacaq

Cəmiyyət Materials 13 Aprel 2013 11:57 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, aprelin 14-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, temperatur nisbətən yüksələcək.
İstirahət günü Bakıda əsl gəzməli hava olacaq

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu nisbətən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, aprelin 14-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, temperatur nisbətən yüksələcək.

Temperatur gecə 6-9, gündüz 14-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 13-dən başlayan yağış aprelin 14-də səhər, bəzi yerlərdə isə gündüz kəsiləcəyi gözlənilir. Azərbaycanın rayonlarında gündüz havanın artıq yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gündüz 13-25 dərəcə isti olacağı gözlənilir. Temperatur bəzi yerlərdə 27 dərəcəyə kimi yüksələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti