...

Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 13 Aprel 2013 13:26 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edəcək.
Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edəcək.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Heydərov tərəfindən aprelin 19-da saat 11:00-dan etibarən Sumqayıt şəhərində vətəndaşların qəbulu həyata keçiriləcək.

Qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin inzibati binasında (ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi, 9) həmin gün saat 08:00-dan aparılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti