...

Maliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2013 15:35 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi Aparatının kollektivi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində aprelin 13-də ağacəkmə aksiyası keçirilib.
Maliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirib (FOTO)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Azərbaycan Maliyyə Nazirliyi Aparatının kollektivi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində aprelin 13-də ağacəkmə aksiyası keçirilib.

Maliyyə Nazirliyinin rəhbərliyinin də iştirakı ilə Zığ şosesi - Hava Limanı avtomobil yolunun Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən keçən hissəsinin ətrafında ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı yüzlərlə ağac əkilib. Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə, Bakı şəhəri və Abşeron yarımadasında yaşıllaşdırmaya xüsusi diqqət yetirilir, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilir. Hər il Maliyyə Nazirliyinin kollektivi də könüllü olaraq ağacəkmə kampaniyasında fəal iştirak edir və belə iməcliklərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti