...

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb

Cəmiyyət Materials 14 Aprel 2013 13:53 (UTC +04:00)
Gürcüstan Daxili İşlər orqanları İnterpol tərəfindən beynəlxalq axtarışa verilən üç əcnəbini saxlayıb
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb

Gürcüstan, Tbilisi, 14 aprel / Trend müxbir N. Kirtsxalia/

Gürcüstan Daxili İşlər orqanları İnterpol tərəfindən beynəlxalq axtarışa verilən üç əcnəbini saxlayıb. Gürcüstan DİN-dən Trend-ə bildiriblər ki, saxlanılanlar Azərbaycan polisi tərəfindən axtarılan İsrail vətəndaşı Erik Fərəcov, həmçinin Rusiya vətəndaşı Anatoliy Kraxmal və Özbəkistan vətəndaşı Mirolim Fayziyevdir.

Fərəcov Tbilisi-Tel-Aviv reysindən götürülüb. O qeyri-qanuni sahibkarlıqda, vergilərdən yayınmaqda təqsirli bilinir.

Kraxmal Rusiya Federasiyası tərəfindən qətl hadisəsi törətməsinə görə, Mirolim Fayziyev isə vergilərdən yayınmağa görə axtarışda idilər.

Hazırda saxlanılanlar barəsində ekstradisiyaya hazırlıqla bağlı tədbirlər görülür. Hər üç saxlanılan Tbilisi ilkin saxlanılanlar üçün təcridxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti