...

Masazırda sürüşmə prosesi dayanıb

Cəmiyyət Materials 15 Aprel 2013 12:12 (UTC +04:00)
Abşeron rayonunun Masazır qəsəbəsindəki sürüşmə sahəsində sürüşmə prosesi dayanıb.
Masazırda sürüşmə prosesi dayanıb

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/

Abşeron rayonunun Masazır qəsəbəsindəki sürüşmə sahəsində sürüşmə prosesi dayanıb. Bunu bazar ertəsi Trend-ə Masazır qəsəbəsinin icra nümayəndəsi Şahid Əhmədov deyib.

Onun sözlərinə görə, ərazidəki təhlükəli vəziyyətdə olan və bir hissəsi uculmuş evin bir hissəsi də dünən dağılıb.

"Bu evi biz bərpa edə bilmərik. Bu, bizim imkanlarımıza uyğun deyil. Bununla əlaqədar aidiyyatlı təşkilatlara müraciət edilib",- icra nümayəndəsi əlavə edib.

O qeyd edib ki, hazırda ərazidə sürüşmənin baş verməməsi üçün işlər görülür və bu işlərin davam etdirlməsinə hələ də ehtiyac var.

Əhmədov qeyd edib ki, sürüşmənin qarşısının alınması üçün cox vacib olan məsələlərdən biri olan kanalizasiya şəbəkəsinin çəkilməsi məsələsəinin gələn il öz həllini tapacağı gözlənilir.

"Bu məsələ dövlət proqramına daxil edilib. 2014-cü ilin sonuna kimi bu kənd tamamilə kanalizasiya və su sistemi ilə təmin olunacaq",- Əhmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti