Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/
Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturunun nisbətən enəcəyi, ölkənin bəzi ərazilərində leysan yağacağı proqnozlaşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında hava arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 13-18, gecə 6-9 dərəcə isti olacaq.
Aprelin 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qrəb küləyi əsəcək, arabir güclənəcək. Gündüz 12-17, gecə 6-9 dərəcə isti olacağı gözlənilir.
Aprelin 16-17-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin aprelin 16-da gecə və axşam bəzi qərb rayonlarında, aprelin 17-də isə əksər rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək caxacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20, aprelin 16-da 24 dərəcəyə kimi isti təşkil edəcək. Dağlarda gecə 3-8, gündüz 7-12, aprelin 16-da 15 dərəcəyə kimi isti olacağı gözlənilir.