...

İsrail jurnalistləri Trend İnformasiya Agentliyinin işi ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2013 15:30 (UTC +04:00)
Bu gün İsrail KİV-in nümayəndələri Trend İnformasiya Agentliyində jurnalistlərin fəaliyyəti ilə tanış olublar.
İsrail jurnalistləri Trend İnformasiya Agentliyinin işi ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bu gün İsrail KİV-in nümayəndələri Trend İnformasiya Agentliyində jurnalistlərin fəaliyyəti ilə tanış olublar.

Qonaqlar agentliyin işi barədə bir sıra suallar verib, materialların yazılması, xəbər mənbələri ilə iş prosesi və jurnalistlərin fəaliyyətinin digər aspektləri ilə tanış olublar.

Görüşdə israilli jurnalistlərdən Lilak Veysman, Yael Apter, Noam Siqman, Meyr Berger, Emil Salman, Ornit Forna, Yosef Tsilberman, Oranit Or, Yehetskel Baruh və Tal Nahum iştirak ediblər.

Görüş zamanı qonaqlar Azərbaycanda KİV-in vəziyyəti, ölkə jurnalistikasının inkişafı ilə bağlı suallar veriblər. Azərbaycan-İsrail münasibətlərinin aspektləri və onun yerli KİV-də işıqlandırılması xüsusi maraq doğurub.

Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin (AZIZ) sədri Lev Spivakın sözlərinə görə, Bakıya gələn jurnalist qrupu şəhərin gözəlliyi və paytaxt sakinlərinin qonaqpərvərliyindən təsirlənib.

"Bu, İsrail jurnalistlərinin Azərbaycana ilk rəsmi səfəridir. Jurnalistlər ölkənin bölgələrinə də baş çəkəcəklər", - Spivak qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti