...

Sinoptiklərdən xəbərdarlıq: Bakıya yağış, bəzi ərazilərə sulu qar və qar yağacaq

Cəmiyyət Materials 15 Aprel 2013 15:35 (UTC +04:00)
Aprelin 16-dan 19-dək Azərbaycanın rayonlarında havanın temperaturu 10, Bakıda isə 7 dərəcəyə kimi enəcək, ölkənin bəzi yerlərinə sulu qar, yüksək dağlıq ərazilərə isə qar yağacaq.
Sinoptiklərdən xəbərdarlıq: Bakıya yağış, bəzi ərazilərə sulu qar və qar yağacaq

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 16-dan 19-dək Azərbaycanın rayonlarında havanın temperaturu 10, Bakıda isə 7 dərəcəyə kimi enəcək, ölkənin bəzi yerlərinə sulu qar, yüksək dağlıq ərazilərə isə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, aprelin 16-sı axşamdan 19-dək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcəyi, şimal küləyinin arabir saniyədə 18-23 metrədək güclənəcəyi, fasiələrlə yağış yağacağı gözlənilir.

Aprelin 17-si Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam yarımadasının bəzi yerlərində yağışın bir qədər intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 9-14 dərəcə isti olacaq.

Aprelin 18-də isə Bakı və Abşeron yarımadasında gündüz 9-14, gecə 4-9 dərəcə isti olacağı gözlənilir.

Aprelin 16-dan başlayaraq respublikanın rayonlarında hava şəraitinin dəyişiləcəyi, aprelin 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq. Aprelin 16-da axşam bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, aprelin 17-18-də ayrı-ayrı rayonlarda yağıntıların intensivləşəcəyi, gecə saatlarında dağlıq ərazilərdə sulu qara, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimalı var. Şimal küləyi arabir saniyədə 15-20 metrədək güclənəcək.

Aprelin 17-də bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Aprelin 16-da gecə və axşam bəzi qərb rayonlarında, aprelin 17-də isə əksər rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20, aprelin 16-da 24 dərəcəyə kimi isti təşkil edəcək. Dağlarda gecə 3-8, gündüz 7-12, aprelin 16-da 15 dərəcəyə kimi isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti