...

Ermənistanda cinayət hallarının sayı artıb

Cəmiyyət Materials 15 Aprel 2013 18:35 (UTC +04:00)
Cari ilin I rübündə Ermənistanda cinayət hallarının sayında artım qeydə alınıb.
Ermənistanda cinayət hallarının sayı artıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Cari ilin I rübündə Ermənistanda cinayət hallarının sayında artım qeydə alınıb. Bu barədə Trend bazar ertəsi Ermənistan KİV-ə istinadən məlumat verir.

Qeyd edilən dövrdə 4322 cinayət faktı qeydə alınıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 3968 olub.

Orta ağır cinayətlərin sayı 4 faiz artaraq 1370-ə çatıb. Ağır cinayətlərin sayı 746 olub, ötən ilin analoji dövründə bu göstərici 526-ə bərabər olub.

Bununla yanaşı, xüsusi ağır cinayətlərin sayı 40-dan 31-dək azalıb. Odlu silahın tətbiqi ilə 19 cinayət faktı qeydə alınıb. Bu göstərici 2012-ci ilin müvafiq dövründə 23 fakt təşkil edib.

Yerevanda hesabat dövründə 2280 cinayət faktı qeydə alınıb. Ötən ilin analoji dövründə bu rəqəm 2103 hal təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti